Davamlı inkişaf haqqında hesabat

2015-ci ildə istehsalat göstəricilərimiz, ətraf mühitlə bağlı gördüyümüz işlər və Azərbaycandakı digər fəaliyyətlərimiz barədə məlumat əldə etmək üçün BP Azərbaycanda Davamlı İnkişaf haqqında hesabatla tanış olun

2015-ci il üçün davamlı inkişaf haqqında hesabatda BP şirkətinin 2015-ci ildə Azərbaycanda icra etdiyi işlər haqqında genişmiqyaslı məlumatlar, o cümlədən aşağıdakılar barəsində informasiya öz əksini tapmışdır:
  • Layihələrimizdə və əməliyyatlarımızda olan nailiyyətlər və çətinliklər
  • BP şirkətinin Azərbaycanda həyata keçirdiyi əməliyyatların BP qrupunun hasilat portfelində yeri
  • Yerli əməkdaşların inkişafı və işəgötürmə
  • Bizim əməyin təhlükəsizliyi, sağlamlıq və ətraf mühitin mühafizəsi ilə bağlı göstəricilərimiz
  • Tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz sosial proqramlar
  • BP və tərəfdaşlarının sponsorluq etdiyi təhsil proqramları
  • BP şirkətinin Azərbaycanda beş illik (2011-2015) icra göstəriciləri
2015-ci il üçün davamlı inkişaf haqqında hesabat keçən ilki hesabatla bağlı təklif və rəylərdən yararlanmışdır. Biz bu rəy və təklifləri tələbələr, kütləvi informasiya vasitələri, dövlət strukturları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar da daxil olmaqla, müxtəlif maraqlı tərəflərdən almışıq. Odur ki, biz sizin rəylərinizi və işlərin yaxşılaşdırılmasına dair hər hansı təkliflərinizi alacağımıza ümid edirik.
Hesabatın Azərbaycan dilində olan variantı tezliklə saytımızda dərc ediləcək. 
 
Qeyd və təkliflərinizi Bizimlə əlaqə bölməsinə daxil olmaqla göndərə bilərsiniz.